Modern.az

4 ölkənin diaspor qurumları arasında memorandum imzalandı

4 ölkənin diaspor qurumları arasında memorandum imzalandı

20 Dekabr 2022, 17:06

Diaspor Məsələlərinə məsul Dövlət Qurumları Rəhbərlərinin Beynəlxalq Bakı-Şuşa Forumu çərçivəsində Azərbaycan, Özbəkistan, Türkiyə və Qırğızıstanın müvafiq qurumları arasında Anlaşma memorandumları imzalanıb.

 

Modern.az xəbər verir ki, dekabrın 20-də Diaspor Məsələlərinə məsul Dövlət Qurumları Rəhbərlərinin Beynəlxalq Bakı-Şuşa Forumu işə başlayıb.

 

Tədbir Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Türk Dövlətləri Təşkilatının (TDT) tərəfdaşlığı ilə keçirilib.

 

Forumda dünyadakı türk diasporlarının inteqrasiyasına yönəlmiş mühüm layihələr, TDT-yə üzv ölkələr arasında mədəni-humanitar əməkdaşlığın dərinləşməsi, diaspor qurumları arasında işbirliyinin vacibliyi, vətəndən kənarda yaşayan türk icmalarının ana dilində təhsil almaq imkanlarına malik olması və digər vacib mövzular ətrafında da fikir mübadiləsi aparılıb.

 

Qeyd edək ki, Diaspor Məsələlərinə məsul Dövlət Qurumları Rəhbərlərinin Beynəlxalq Bakı-Şuşa Forumu işini dekabrın 21-də Azərbaycanın və Türk dünyasının mədəniyyət paytaxtı Şuşada davam etdirəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?