Modern.az

Diaspor rəhbərləri Şuşada bəyanat qəbul edəcək

Diaspor rəhbərləri Şuşada bəyanat qəbul edəcək

Diaspor

21 Dekabr 2022, 12:42

Türk Dövlətləri Təşkilatının (TDT) diaspor məsələlərinə məsul dövlət qurumlarının rəhbərləri Şuşada bəyanat qəbul edəcək.

 

Modern.az Report-a istinadən xəbər verir ki, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov deyib.

 

O qeyd edib ki, TDT-nin diaspor məsələlərinə məsul dövlət qurumlarının rəhbərləri iki gündür Azərbaycandadırlar:

 

“Dünən paytaxtda Bakı-Şuşa Forumunun açılışı oldu. Forum çərçivəsində türk dünyasındakı diaspor təşkilatlarının birgə fəaliyyəti müzakirə olundu. Eyni zamanda, TDT çərçivəsində gələn il üçün fəaliyyət planı müzakirə olundu. Gələn il TDT diaspor gənclərinin görüşü keçiriləcək. İlk dəfədir ki, bu formatda görüş olacaq. Amma müxtəlif formatlarda müntəzəm görüşlər keçirilir”.

 

F. Muradov söyləyib ki, forum bu gün Şuşada davam etdiriləcək:

 

“Forumun sonunda bəyanat qəbul olunacaq. Bu bəyanatda Azərbaycanda gedən proseslər və türk dövlətlərinin bu prosesə yanaşması əksini tapacaq. Biz istəyirik ki, Şuşa hər il belə tədbirlərə ev sahibliyi etsin. Biz təkcə TDT-ni deyil, digər beynəlxalq təşkilatları da bu işə cəlb edəcəyik. Prezident İlham Əliyevin tapşırığı ilə bu istiqamətdə işlərimiz davam edir”.

 

O, həmçinin ölkəmizin mədəniyyət paytaxtı Şuşa ilə bağlı çoxlu planların olduğunu xatırladıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı