Modern.az

Türk dövlətləri üçün elektron baza yaradılacaq

Türk dövlətləri üçün elektron baza yaradılacaq

21 Dekabr 2022, 14:46

Türk dövlətləri üçün gələcəkdə elektron baza yaratmaq istəyirik. Bu, əlaqələrin qurulması üçün çox vacibdir.

 

Modern.az xəbər verir ki, bunu Şuşada keçirilən Diaspor Məsələlərinə məsul Dövlət Qurumları Rəhbərlərinin Beynəlxalq Bakı-Şuşa Forumunda Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov deyib.

 

Komitə sədri qeyd edib ki, komitənin rəsmi internet saytında yayımlanan xəbərlərin operativliyini, sayını təmin etmək üçün interaktiv xəritə yaradılıb. Yaradılan xəritə ilə dünyanın istənilən yerindən diaspor haqqında məlumat almaq olar.

 

Fuad Muradov vurğulayıb ki, dünyanın 60-dan çox ölkəsindən minlərlə soydaşımızın qatıldığı konfranslar təşkil edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir