Modern.az

Diaspor gənclərindən ekoloji terrora ETİRAZ - VİDEO

Diaspor gənclərindən ekoloji terrora ETİRAZ - VİDEO

21 Dekabr 2022, 15:06

Azərbaycanın vətəndaş cəmiyyətinin üzvləri, ekoloji hüquqların müdafiəsi sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri və könüllülərin Laçın yolunda Ermənistanın Qarabağda törətdiyi ekoloji terrora qarşı aksiyası 10 gündür davam edir.  

 

Modern.az xəbər verir ki, dinc aksiyaya ilk gündən xaricdə yaşayan soydaşlarımız da dəstək verirlər.

 

Müxtəlif ölkələrdə yaşayan azərbaycanlı diaspor gəncləri ermənilərin törətdiyi ekoloji terrora qarşı etirazlarını bildiriblər. Belə ki, diaspor fəalları müxtəlif dillərdə Azərbaycan ekologiyasına qarşı terrorun dayandırılması üçün çağırışlar ediblər.  

 

Gənclər öz müraciətlərində təbiətin hər bir insanın evi olduğunu, ekoloji mühitin qorunmasının təkcə bizim üçün yox, bütün dünyaya lazımlığını bildirib.  

 

“Biz təbiətimiz və torpağımız üçün birləşmişik. Təbii ehtiyatların istismarını və ətraf mühitin çirklənməsinin əleyhinəyik. Azərbaycan öz torpaq və sərvətlərini qoruyacaq. Əgər bu dünya hər kəsin evidirsə, susmaq lazım deyil”,- deyə aksiya iştirakçıları şüarlar səsləndiriblər. 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər