Modern.az

Avropa Parlamenti qarşısında ermənilərə ETİRAZ - FOTO

Avropa Parlamenti qarşısında ermənilərə ETİRAZ - FOTO

Diaspor

15 Yanvar 2023, 18:39

Brüssel Azərbaycan Evi və Belçika Azərbaycanlıları Federasiyasının birgə təşkilatçılığı ilə Avropa Parlamentinin qarşısında Azərbaycan ərazisində erməni ekoloji terroruna etiraz əlaməti olaraq dinc aksiya keçirilib.

 

Modern.az xəbər verir ki, aksiyada diaspor fəalları Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazisində faydalı qazıntı yataqlarının qeyri-qanuni istismarına etirazlarını bildiriblər.

 

Aksiya zamanı “Azərbaycanın təbii sərvətlərinin talanmasına etiraz edirik!”, “Erməni ekosidinə son!”, “Azərbaycan ərazilərində ekoloji terroru dayandırın!” tələblərinin əks olunduğu plakatlar nümayiş etdirilib. Bu addımla diaspor fəalları Laçın-Xankəndi yolunda aksiya keçirən azərbaycanlı ekofəalların, vətəndaş cəmiyyəti nümayəndələrinin və könüllülərin tələbləri ilə həmrəy olduqlarını bəyan ediblər.

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı