Modern.az

Brüssel Azərbaycan Evində anım guşəsi yaradılıb

Brüssel Azərbaycan Evində anım guşəsi yaradılıb

Diaspor

20 Yanvar 2023, 17:12

Belçikanın paytaxtı Brüsseldə fəaliyyət göstərən Azərbaycan Evində 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar anım guşəsi yaradılıb.

 

Diasporla İş üzrə Dövlət Komitəsindən Modern.az-a bildiriblər ki, Brüssel Azərbaycan Evinin və Belçika Azərbaycanlıları Federasiyasının təşkil etdiyi anım guşəsində Azərbaycan bayraqları və əklil qoyulub, şamlar vasitəsilə “20 Yanvar” sözü düzülüb.

 

Bu günlərdə Azərbaycan Evini ziyarət edən soydaşlarımız anım guşəsi önündə 20 Yanvar şəhidlərinin əziz xatirəsini böyük ehtiramla yad edirlər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər