Modern.az

ABŞ-da oxuyan azərbaycanlı tələbələr terroru pislədilər

ABŞ-da oxuyan azərbaycanlı tələbələr terroru pislədilər

Diaspor

28 Yanvar 2023, 12:33

Azərbaycanın İrandakı Səfirliyinə qarşı törədilmiş silahlı hücum ABŞ-da təhsil alan azərbaycanlı tələbələri hiddətləndirib.

 

Diasporla İş üzrə Dövlət Komitəsindən Modern.az-a verilən məlumata görə, Corc Vaşinqton Universitetinin Azərbaycanlı Tələbələr Birliyinin yaydığı bəyanatda səfirliyin təhlükəsizlik xidmətinin rəhbəri Orxan Əsgərovun qətli və diplomatik missiyamızın iki əməkdaşının yaralanması ilə nəticələnən terror aktı pislənilib.

 

Gənclər ABŞ və beynəlxalq ictimaiyyəti insanlığa və diplomatik normalara zidd olan bu cinayətə, İran və Ermənistanın son vaxtlar Azərbaycanın sərhədləri daxilində davamlı olaraq qanunsuz əməllər törətməsinə göz yummamağa, regionda sabitliyin pozulmasına yönələn cinayətlərə görə cavabdeh şəxslərin ən qısa zamanda məsuliyyətə cəlb olunması istiqamətində əməli addımlar atmağa çağırıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı