Modern.az

Diasporumuz Misir Prezidentinin Azərbaycana səfərini yüksək qiymətləndirdi

Diasporumuz Misir Prezidentinin Azərbaycana səfərini yüksək qiymətləndirdi

Diaspor

31 Yanvar 2023, 17:04

Misirdə fəaliyyət göstərən diasporumuz Prezident Əbdülfəttah Əs-Sisinin Azərbaycana səfərini mühüm hadisə adlandırıb. 

 

Misir-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, Ərəb ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurasının Misirdəki əlaqələndiricisi, tədqiqatçı-alim Seymur Nəsirov yerli mətbuata açıqlamasında bildirib ki, bundan öncə Azərbaycan Prezidenti İlham Əliyev Misirə rəsmi səfər etmişdi. Ölkələrimiz arasında  yaxşı münasibətlərin mövcudluğu tarix boyu ikitərəfli əlaqələrin olması, Azərbaycanda misirlilərin, Misirdə azərbaycanlıların yaşaması ilə əsaslandırılıb.  

 

Nəzərə çatdırılıb ki, Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk ölkələrdən biri Misir olub. Bundan başqa, 1990-cı ildə Bakıda törədilən 20 Yanvar faciəsi zamanı Misir Parlamenti xalqımızı dəstəkləyən bəyanatla çıxış edib. 

 

Məlumatı daha ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür: 

 

//www.almasryalyoum.com/news/details/2804248 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi