Modern.az

Diasporumuz Yunanıstanı ədalətli mövqe tutmağa səslədi

Diasporumuz Yunanıstanı ədalətli mövqe tutmağa səslədi

2 Fevral 2023, 10:16

Yunanıstanda yaşayan Azərbaycan icması ölkəmizin İran İslam Respublikasındakı Səfirliyinə qarşı törədilmiş terror aktını şiddətlə pisləyib.

 

“QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin və Saloniki Azərbaycan Evinin yaydığı bəyanatda İranda heç bir diplomatik nümayəndəliyin toxunulmazlığına zəmanətin olmadığına, 40 milyon azərbaycanlının hüquqlarının davamlı olaraq pozulduğuna, son vaxtlar Azərbaycana münasibətdə məhz İran İslam Respublikasının Ermənistanla birgə ölkəmizin sərhədləri daxilində qanunsuz əməllər törətdiyinə diqqət cəlb edilib.

 

Yunanıstan azərbaycanlıları yerli və dünya ictimaiyyətini regionda baş verənlərlə bağlı ədalətli mövqe tutmağa, bu terror aktının təşkilatçılarının məsuliyyətə cəlb olunması üçün beynəlxalq hüquq normalarına uyğun olaraq təcili tədbirlər görməyə çağırıblar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir