Modern.az

Müsəlman ölkələrindəki Azərbaycan diasporundan Türkiyəyə DƏSTƏK

Müsəlman ölkələrindəki Azərbaycan diasporundan Türkiyəyə DƏSTƏK

Diaspor

12 Fevral 2023, 13:05

Müsəlman ölkələrində yaşayan Azərbaycan diasporunun fəalları Türkiyədə dəhşətli zəlzələdən zərərçəkənlərə yardım kampaniyasında fəal iştirak edirlər.

 

Modern.az xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Pakistanda yaşayan Şəhla İsayeva və həyat yoldaşı, eləcə də onların təşəbbüsü ilə TUMSİAD-ın Pakistan filialının üzvləri tərəfindən 93 500 manat (55 304 ABŞ dolları) məbləğində vəsait Türkiyənin bu ölkədəki səfirliyinin hesabına köçürülüb.

 

Birləşmiş Ərəb Əmirliklərində yaşayan Nuranə Hüseynova və Həsənağa Qurbanın təşkilatçılığı ilə bu ölkədəki Azərbaycan icması 925 manat nağd vəsaiti və 1527 manat (626 ABŞ dolları) məbləğində ərzaq, geyim, yataq dəstlərini və gigiyena vasitələrini Türkiyənin diplomatik nümayəndəliklərinə təhvil verib.

 

Oman Sultanlığında yaşayan soydaşlarımız Həmid Hacıyev, Ruslan Qaralov və Elməddin Babayev isə zəlzələdən zərərçəkənlərə yardım məqsədilə AFAD-ın hesabına pul köçürüb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü