Modern.az

Gürcüstan mətbuatında “Heydər Əliyev İli” barədə yeni layihə

Gürcüstan mətbuatında “Heydər Əliyev İli” barədə yeni layihə

16 Fevral 2023, 18:00

Gürcüstanın “Sakartvelos Respublika” qəzeti müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə silsilə məqalələr dərc etməyə başlayıb.

 

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin və “Alyans“ Gənclər Mərkəzinin “Heydər Əliyev İli” çərçivəsində birgə layihəsi əsasında qəzet vaxtilə dahi şəxsiyyətlə görüşmüş gürcü ictimai-siyasi xadimlərinin, həmçinin Gürcüstan azərbaycanlılarının müsahibələrini məqalə şəklində təqdim edir. Məqalələrin müəllifi Gürcüstanın əməkdar jurnalistı Quram Qoqiaşvilidir. 

 

“Gürcüstan və Azərbaycan xalqlarının dostluğu dünyaya nümunədir” sərlövhəli məqalədə Gürcüstan Parlamentinin keçmiş deputatı Ramiz Bəkirovun fikirlərinə yer verilib. Xalqımızın böyük öndəri barədə düşüncələrini bölüşən Ramiz Bəkirov bildirib ki, Heydər Əliyev hələ sovetlər dövründə Gürcüstanda yaşayan azərbaycanlılar haqqında düşünüb: “Onların azad, firavan və xoşbəxt yaşamaları üçün müəyyən addımlar atıb”. 

 

Onun sözlərinə görə, ulu öndərin Gürcüstana tarixi, çox uğurlu və soydaşlarımız üçün böyük əhəmiyyət kəsb edən, yaddaqalan rəsmi səfərləri olub. “Azərbaycan xalqı xoşbəxt xalqlardandır. Onun dünya şöhrətli tarixi şəxsiyyəti və bu görkəmli şəxsiyyətin siyasi kursunu uğurla davam etdirən, ideyalarını yaşadan, həyata keçirən praqmatik Prezidenti var. Bu gün xalqımız, dünya azərbaycanlıları, eləcə də Gürcüstanda yaşayan azərbaycanlılar tarixi vətənləri olan Azərbaycanın, onun Prezidenti, Müzəffər Ali Baş Komandanı İlham Əliyevin ətrafında sıx birləşiblər. Bu birlik əbədidir, ölməzdir və heç zaman qırılmayacaq”, - deyə o, vurğulayıb.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir