Modern.az

Britaniyalı deputatlar xalqımıza başsağlığı verib

Britaniyalı deputatlar xalqımıza başsağlığı verib

Diaspor

27 Fevral 2023, 18:00

Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Bob Bləkmən Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar bəyanat yayıb. 

 

Modern.az-ın məlumatına görə, bəyanatda bildirilib ki, Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupu Xocalı soyqırmının 31-ci ildönümü ilə əlaqədar Azərbaycan hökumətinə və xalqına başsağlığı verir, öz rəğbətini ifadə edir.  

 

Xocalı faciəsi barədə ətraflı məlumat verilən bəyanatda nəzərə çatdırılıb ki, Avropa İnsan Hüquqları Məhkəməsinin 2010-cu il 22 aprel tarixli qərarında Xocalıda törədilmiş cinayətə münasibətdə vəhşilikləri törədənlərin davranışı “müharibə cinayətləri və ya insanlıq əleyhinə cinayətlərə bərabər tutulan xüsusi ağırlıqlı hərəkətlər” kimi qiymətləndirilib. 

 

Gələcəkdə bu kimi qətliamların qarşısını almaqdan ötrü Xocalı soyqırımını törədənlərin ədalət məhkəməsi qarşısına çıxarılmasının əhəmiyyəti bir daha vurğulanıb. 

 

Bundan başqa, Birləşmiş Krallıq hökumətinə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması naminə aparılan danışıqların dəstəklənməsi və məcburi köçkünlərin öz torpaqlarına təhlükəsiz şəkildə geri dönməsi məqsədilə Azərbaycandakı minatəmizləmə fəaliyyətinə dəstək vermək çağırışı ünvanlanıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü