Modern.az

ABŞ mətbuatı Vyanada keçirilmiş Xocalı aksiyasından yazıb

ABŞ mətbuatı Vyanada keçirilmiş Xocalı aksiyasından yazıb

2 Mart 2023, 13:44

ABŞ-ın ən böyük yəhudi qəzetlərindən olan “The Jewish Press”də “BMT-nin səriştəsizliyinə qarşı Vyanada azərbaycanlı etirazçılara qoşuldum” sərlövhəli məqalə dərc olunub. 

 

Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru, tanınmış israilli politoloq və jurnalist Reyçel Avraham qələmə aldığı məqalədə bir neçə gün əvvəl Azərbaycan diasporunun yüzlərlə üzvünün Avstriyanın paytaxtı Vyana şəhərində BMT-nin mənzil-qərargahı qarşısında toplaşaraq Xocalı soyqırımına münasibətdə BMT-nin fəaliyyətsizliyinə etiraz etdiyinə diqqət çəkib. Məqalədə sözügedən aksiyaya beynəlxalq ictimaiyyətin bir sıra tanınmış nümayəndəsinin də qoşulduğu qeyd olunub və onların bu cinayət barədə fikirləri əks olunub.

 

Qeyd olunub ki, Qarabağın 30 ilə yaxın erməni işğalında qalmasında, eləcə də 31 il ərzində Xocalı qurbanlarına münasibətdə ədalətin reallaşmasının qarşısının alınmasında BMT-nin mühüm rolu olub. Ümumiyyətlə, sülhə aparan prosesin pozulmasında həm Rusiya, həm də Fransa öz rolunu oynayıb. Belə bir halda yalnız Rusiya sülhməramlılarının mandatına son qoyulması Cənubi Qafqazda davamlı sülhə gətirib çıxara bilər.

 

Məqalədə Holokostdan sonra BMT-nin Ruanda soyqırımını, Bosniya soyqırımını, Xocalı soyqırımını və bəşəriyyətə qarşı törədilmiş bir çox ağır cinayətləri gündəmə gətirmədən seyr etdiyi diqqətə çatdırılıb. 

 

Müəllif təəssüf hissi ilə qeyd edib ki, dünya ölkələrinin əksəriyyəti Ukrayna xalqını müdafiə etməyə tələsdiyi halda, Ermənistan Qarabağı və Azərbaycanın 7 rayonunu qanunsuz olaraq işğal edəndə BMT 30 il susub, Xocalı soyqırımına görə məsuliyyət daşıyanları bu hərbi cinayətə görə Haaqada mühakimə etməkdən imtina edib. İsrailli politoloq BMT-nin sözügedən davranışını sona çatdırılmalı olan parodiya adlandıraraq, Xocalıya ədalət tələb edib.

 

Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

 

//www.jewishpress.com/news/global/un/i-joined-azerbaijani-protestors-in-vienna-against-un-incompetence/2023/02/28/

 

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər