ABŞ-ın Stenford Universitetində ana dili ilə bağlı seminar təşkil edilib

ABŞ-ın Stenford Universitetində ana dili ilə bağlı seminar təşkil edilib

3 Mart 2023, 11:50

ABŞ-ın nüfuzlu Stenford Universitetində Beynəlxalq Ana dili Gününə həsr olunmuş “Dilim ölsə, məndə ölərəm” mövzusunda seminar keçirilib.

 

Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Cəmiyyətinin dəstəyi və Stenford Azərbaycanlı Tələbələr Assosiasiyasının birgə təşkilatçılığı ilə baş tutan seminarda öncə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Toronto Universitetinin professoru Dr. Lalə Cavanşirin təqdimatında gerçəkləşdirilən seminarda doğma dilin həyatımızda və milli kimliyimizin formalaşmasında oynadığı rola diqqət cəlb edilib. Şifahi və yazılı dilin əhəmiyyəti, iqtisadi inkişafın və siyasi gücün formalaşmasına, elitar və intellektual insanların şüuruna təsiri, Azərbaycan xalqının, xüsusilə də diasporun bu məsələdə olan boşluqları necə aradan qaldıra biləcəyi ətrafında müzakirələr aparılıb.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SİRLƏR AÇILDI! Vardanyan ilk ifadəsində dəhşətli faktları açıqladı