Modern.az

Fuad Muradov baş redaktora medalı təqdim etdi

Fuad Muradov baş redaktora medalı təqdim etdi

3 Mart 2023, 16:22

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Gürcüstanda fəaliyyət göstərən “Maarif” hüquqi, elmi-metodiki maarifləndirmə mərkəzi” İttifaqının sədri, “Maarif” qəzet-jurnalının baş redaktoru Ələddin Qarabağlı ilə görüşü keçirilib. 

 

Modern.az xəbər verir ki, baş redaktoru salamlayan Komitə sədri dövlətimizin Gürcüstandakı azərbaycanlıların təhsil sahəsinə xüsusi diqqət və qayğı ilə yanaşdığını, qonşu ölkənin ictimai-siyasi və humanitar sahələrinə sıx inteqrasiyası məqsədilə milli kadrların hazırlığının böyük əhəmiyyət kəsb etdiyini bir daha nəzərə çatdırıb. Komitənin bu istiqamətdə həyata keçirdiyi layihələrdən bəhs edib.

 

Sonra Gürcüstanda fəaliyyət göstərən azərbaycandilli məktəblərdə mövcud problemlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

 

Baş redaktor bidirib ki, Gürcüstanın müvafiq orqanları qarşısında ali məktəbin açılması, digər universitetlərin tərkibində milli kadrları hazırlaya biləcək fakültələrin fəaliyyətinə nail olmaq kimi təşəbbüslərlə çıxış edib, Təhsil və Elm Nazirliyində Azərbaycandilli məktəblərin bir sıra problemlərinin müzakirə olunmasında iştirak edib.

 

Görüşün sonunda Komitə sədri baş redaktora təltif olunduğu “Diaspor fəaliyyətində xidmətə görə” medalını təqdim edib.

 

Ələddin Qarabağlı ona göstərilən diqqət və qayğıya görə Azərbaycan dövlətinə təşəkkürünü bildirib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı