Modern.az

Səfirdən Azərbaycan Evinin rəhbərliyinə təşəkkür

Səfirdən Azərbaycan Evinin rəhbərliyinə təşəkkür

3 Mart 2023, 18:07

Türkiyənin Estoniyadakı səfirliyi paytaxt Tallində fəaliyyət göstərən Estoniya Azərbaycan Evinin rəhbərliyinə təşəkkürünü bildirib.

 

Türkiyə səfiri Başak Türkoğlunun adından Estoniya Azərbaycan Evinin rəhbəri Niyazi Hacıyevə ünvanlanan məktubda bildirilib: 

 

“Türkiyədə 6 fevral tarixindən etibarən meydana gələn dağıdıcı zəlzələlərdən zərərçəkənlərə eyni yardımların toplanması məqsədilə bizə Azərbaycan Evinin qapılarını açdığınız üçün minnətdarıq. 

 

Bu faciəvi fəlakətin ardından dərhal yardım əlini uzadan Estoniyadakı azərbaycanlı can qardaşlarımıza təşəkkürlərimizi bildiririk. 

 

Son 3 həftə ərzində yardım kampaniyası ilə əlaqədar olaraq istəmədən yaratdığımız narahatlığa görə üzr istəyirik. Türk və Azərbaycan xalqlarının başına bir daha belə bəlaların gəlməyəcəyinə ümid edirik”.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi