Modern.az

Parisdə Torpaq çərşənbəsi qeyd edilib

Parisdə Torpaq çərşənbəsi qeyd edilib

Diaspor

15 Mart 2023, 15:50

Paris şəhərində yerləşən Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən “Natəvan” Azərbaycan həftəsonu məktəbində Torpaq çərşənbəsi böyük sevinclə qeyd edilib.

 

Öncə şagirdlərə xalqımızın qədim bayramı olan Novruzun əsl mahiyyətindən doğan adət-ənənələr və oyunları barədə məlumat verilib.

 

Sonra şagirdlərin ifasında Novruz bayramına həsr olunmuş şeirlər və “Səməni” mahnısı səsləndirilib.

 

Bayram şənliyi yumurta boyanması ilə davam edib. Bu prosesi uşaqlara Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva, rəsm müəllimi Əsmər Nərimanbəyova, musiqi müəllimi Səidə Zülfüqarova və Azərbaycan dili müəllimi Kəmalə Gülməmmədova nümayiş etdiriblər.

 

Qeyd edək ki, “Natəvan” Azərbaycan həftəsonu məktəbi Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə fəaliyyət göstərir. Başlıca məqsəd Azərbaycan dilini Fransadakı uşaqlara öyrətmək, Azərbaycan mədəniyyətini və ənənələrini təbliğ etməkdir.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır