Modern.az

Baş ravvinin dünyaya Xocalı çağırışı - VİDEO

Baş ravvinin dünyaya Xocalı çağırışı - VİDEO

Diaspor

16 Mart 2023, 10:51

Məlum olduğu kimi, Xocalı faciəsinin 31-ci ildönümü ilə bağlı 26 fevral 2023 tarixində Avstriyanın paytaxtı Vyananın Heldenplatz meydanında aksiya təşkil olunmuşdu. 

 

Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilalçılığı ilə keçirilən aksiyada Təl-Əvivdəki Dağ yəhudiləri sinaqoqunun baş ravvini Şmuel Simontov da iştirak edərək, Xocalı ilə bağlı dünyaya çağırış ünvanlamışdı.

 

"Mən 3-4 dəqiqəyə Xocalı faciəsini bütün mahiyyətilə sizə, əlbəttə ki, çatdıra bilmərəm. Ancaq istərdim ki,  hər kəs bizi eşitsin və Xocalı faciəsini dünyada tanısınlar. Bu faciədə 613 nəfəri sırf etnik azərbaycanlı olduğuna görə öldürüblər. Müqəddəs kitabda yazılıb ki, bir insanı öldürmək, bütün insanlığı öldürmək anlamına gəlir. Yenə deyirəm ki, Xocalı faciəsi bütün dünya tərəfindən tanınmalıdır".

 

Baş ravvin daha sonra nitqinə ivrit dilində davam edib. Sonda həm ivritcə, həm də azərbaycanca Xocalıya ədalət şüarını səsləndirib. 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi