Modern.az

Avropadakı soydaşlarımız İrana qarşı aksiya keçirəcək

Avropadakı soydaşlarımız İrana qarşı aksiya keçirəcək

23 Mart 2023, 14:18

Martın 25-də Avropada yaşayan azərbaycanlıların Brüsseldə İrana qarşı etiraz aksiyası baş tutacaq.

 

Modern.az xəbər verir ki, aksiyanın təşkilatçılarından olan Mahmud Bilgin APA-ya açıqlamasında aksiyanın əsas tələblərindən bəhs edib:

 

"Əsas məqsəd İrandakı fars-molla rejiminin Azərbaycan türklərinə qarşı törətdiyi əməllərə etirazdır. Bu əsasda da azadlıq, ədalət, Milli Hökumət çağırışları edərək millətimizin milli mənfəətlərini səsləndirəcəyik. Aksiyada Güney Azərbaycanın da bayraqları olacaq. Bu vasitə ilə İranda yaşayan qeyri-türk millətindən olanlara çağırış etmiş olacağıq. Birlikdə çalışaçağıq ki, dünyaya öz varlığımızı göstərək və Güney Azərbaycan faktorunun siyasi müstəvidə nəzərdə tutulmadan heç bir demokratik irəliləyişə nail oluna bilinmədiyini sübut edək".

 

Mahmud Bilgin, Avropa ölkələrindən də çağırışlarına səs verildiyini vurğulayıb:

 

"Aksiya üçün Güney Azərbaycan siyasi təşkilatları, milli fəallar, fərqli düşünən hər kəs bir araya gəlib. Birlikdə, ciddi iş birliyi ilə sözügedən hərəkatı irəliyə aparacağımızı düşünürük və inanırıq ki, 25 mart milli bayram gününə çevriləcək.

 

Azərbaycan vətəndaşlarına, diasporumuza, habelə türk cəmiyyətlərinə də çağırış etmişik. Biz, bütün bacı-qardaşlarımızı yanımızda görmək istəyirik ki, səsimizi daha yaxşı eşitdirə bilək. Aksiyaya gəlmək üçün xüsusi avtobuslar da nəzərdə tutulub. Norveç, Almaniya, Fransa, İngiltərə, Danimarka, İsveç, Finlandiya kimi ölkələrdən də aksiyaya gələnlər olacaq. Bu da, hesab edirəm ki, Güney Azərbaycan məsələsində böyük bir tərpənişə təkan verəcək".

 

Qeyd edək ki, aksiya 25 mart saat 14:00-da başlayacaq və saat 17:00-ə qədər davam edəcək. Aksiyanın başlanma yeri Lüksemburq meydanı, sona çatağı yer isə Şuman meydanıdır.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır