Modern.az

Apeks şəhər merinə Novruz xonçası təqdim olunub

Apeks şəhər merinə Novruz xonçası təqdim olunub

Diaspor

25 Mart 2023, 09:41

Şimali Karolinada fəaliyyət göstərən Azərbaycan Dostluq Təşkilatının rəhbəri Adika İqbal və diaspor fəalları Novruz bayramı münasibətilə Apeks şəhər meri Jak Gilberti ziyarət ediblər. 

 

Görüş zamanı Adika İqbal Novruz bayramı və adət-ənənələri haqqında merə məlumat verib. Bayram günlərində yaxın qohumların və dostların ziyarət edildiyi, Novruz xonçaları hədiyyə olunduğu merin nəzərinə çatdırılıb. 

 

Sonra mer Jak Gilbertə Novruz xonçası və təşkilatın üzvü Lalə Bağırzadənin çəkdiyi albalı çiçəyi rəsmi təqdim edilib. 

 

Azərbaycana dərin hörmət və məhəbbət hissi bəsləyən mer Jak Gilbert soydaşlarımızı bayram münasibətilə təbrik edib, xoş arzularını bildirib. 

 

Qeyd edək ki, mer Jak Gilbert 2021-ci ildə Azərbaycanın Müstəqillik Günü, 2022-ci ildə isə  Zəfər Günü münasibətilə bəyannamələr imzalayıb. Merin 2022-ci ildə Xocalı soyqrımının 30-cu ildönümü ilə əlaqədar imzaladığı bəyannamə ilə 26 fevral Apeks şəhərində “Xocalıları Anım Günü” elan edilib. O, ermənilərin təzyiqlərinə baxmayaraq bəyannamələri geri çəkməyib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır