Modern.az

İsrail mətbuatı İƏT-in səfirliyimizə hücumla bağlı İrana çağırışından yazdı

İsrail mətbuatı İƏT-in səfirliyimizə hücumla bağlı İrana çağırışından yazdı

29 Mart 2023, 16:44

Səudiyyə Ərəbistanı Tehranla barışmağa çalışsa da, İslam Konfransı Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurası buna razı deyil.

 

Tanınmış israilli siyasi şərhçi və jurnalist, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru Reyçel Avraham bu barədə ölkəsinin geniş oxucu kütləsinə malik populyar “Israel Hayom” qəzetində dərc olunmuş məqaləsində yazıb. 

 

Müəllif bu yaxınlarda İsrailin baş naziri Benyamin Netanyahunun britaniyalılarla İran İnqilab Keşikçiləri Korpusunun terror təşkilatı kimi tanınmasının vacibliyini müzakirə etmək üçün Londona səfər edəcəyi barədə xəbər yayıldığını diqqətə çatdırıb. Yaxın Şərqdə ən mühüm sünni dövləti olan Səudiyyə Ərəbistanı və İran arasında münasibətlərin normallaşmasına dair razılaşmanı İsrail Dövlətinə strateji zərbə kimi qiymətləndirən politoloq İrandakı ayətullahların Çinin vasitəçiliyi ilə Yəməndə husiləri cilovlamaq barədə öhdəlik götürməsinin beynəlxalq təcriddən qurtulmaq məqsədindən qaynaqlandığını diqqətə çatdırıb.

 

İsrail və Azərbaycan üçün bu yaxınlaşma sazişinin pis xəbər olduğunu vurğulayan politoloq İsrailin varlığına son qoymağı hədəfləyən molla rejiminin onun ölkəsi ilə strateji müttəfiqliyinə görə son vaxtlar Bakını da hədələdiyini bildirib. Qeyd olunub ki, İran təkcə İsrail daxilindəki yəhudilərə hücum etmir. Səudiyyə-İran yaxınlaşması ilə bağlı sözügedən xəbər məhz bu günlərdə 2021-ci ildə Halledə alman sinaqoquna edilən və 3 nəfərin ölümü ilə nəticələnən hücumun, habelə Beynəlxalq Holokostu Anma Günündə Azərbaycan səfirliyinin yüksək rütbəli təhlükəsizlik əməkdaşını qətlə yetirilməsinin arxasında İran İnqilab Keşikçiləri Korpusunun dayanmasına dair ciddi şübhələrin mövcudluğu məlum olduqdan sonra yayılıb. 

 

Bununla belə, Səudiyyə Ərəbistanı Tehranla barışmağa çalışsa da, İƏT Xarici İşlər Nazirləri Şurası bunu etmir. Belə ki diqqətə çatdırılıb ki, bu yaxınlarda Şura qəbul etdiyi qətnamədə Beynəlxalq Holokostu Anma Günündə Tehrandakı Azərbaycan səfirliyinə edilən hücumu pisləyib, İran hökumətini hərtərəfli araşdırma aparmağa, günahkarları məsuliyyətə cəlb etməyə və Azərbaycanın İrandakı diplomatik nümayəndəliklərinin təhlükəsizliyini təmin etməyə çağırıb, eyni zamanda İslam Respublikasının qeyd olunan istiqamətdə indiyədək heç bir addım atmadığını vurğulayıb. Müəllif bunu bugün - cari il martın 29-da Təl-Əvivdə səfirlik açmağı planlaşdıran Bakını “cəzalandırmaq’ istəyən İranın terrora himayədarlıq edən dövlət olması ilə izah edib.

 

İsrailli politoloq əlavə edib ki, Tehranın Bakını “cəzalandırması” Azərbaycan səfirliyinə hücumla bitmir. İran onilliklər ərzində azərbaycanlıları və ölkənin digər qeyri-fars xalqlarını öz ana dillərində təhsil almaq hüququndan məhrum etməklə, azərbaycanlı ailələri övladlarına farsca adlar qoymağa məcbur etməklə, Azərbaycan toponimikasınıı farslaşdırmaqla sıxışdırıb. Bütün bunlarla yanaşı, son günlər Türkiyə mətbuatında İranın Qarabağda ermənilər üçün təlim düşərgəsi yaratdığı və burada 4000-ə yaxın iranlı terrorçunun fəaliyyət göstərdiyi, molla rejiminin təkcə erməni separatçılarına deyil, həm də PKK-ya təlim keçməsinə dair məlumatlar yayıldığı da diqqətə çatdırılıb. 

 

Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

 

//www.israelhayom.com/opinions/iranian-saudi-ties-also-mean-bad-news-for-azerbaijan/

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir