Modern.az

Ermənistanda yəhudilərin acınacaqlı vəziyyəti

Ermənistanda yəhudilərin acınacaqlı vəziyyəti

30 Mart 2023, 15:35

Kanadanın nüfuzlu “Thej.ca” yəhudi media platformasında “Ermənistan, ispan inkvizisiyası və müasir fironlar” sərlövhəli məqalə dərc olunub.

 

Tanınmış israilli politoloq və jurnalist, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru Reyçel Avraham qələmə aldığı məqalədə yəhudi xalqına qarşı tarixən Misir fironları və İspaniyadakı inkvizisiya tərəfindən həyata keçirilən təqiblərə toxunaraq bildirib ki, ispanların yəhudi və müsəlman icmalarına qarşı törətdiyi cinayətlər sonralar öz ölkələrindən müsəlmanların və yəhudilərin kökünü kəsməklə ispanların yolu ilə getməyə çalışan Ermənistan kimi müasir zalımlara nümunə olub.

 

Eyni zamanda qeyd olunub ki, 1959-cu ildə Ermənistanda 10 min yəhudi yaşadığı halda, bu gün adıçəkilən ölkənin yəhudi sakinlərinin sayı 100-ü keçmir. Sovet İttifaqının dağılması ilə qeyri-ermənilərə münasibətdə müşayiət olunan genişmiqyaslı zorakılıq, o cümlədən azərbaycanlılara qarşı etnik təmizləmə Ermənistanın yəhudi icmasının böyük hissəsini ölkəni tərk etməyə məcbur edib. Belə ki, 1988-1991-ci illərdə 300 mindən çox azərbaycanlının deportasiyasından sonra Ermənistanın monoetnik ölkəyə çevrilib, bu cinayətlərin gedişində 216 soydaşımız qətlə yetirilib. Dünya Yəhudi Konqresinin verdiyi məlumata əsasən, Ermənistan müstəqillik əldə etdikdən sonra ölkənin yəhudi icmasına qarşı anti-semitizm təzahürləri davamlı surətdə müşahidə olunur. Belə ki, İrəvanda Holokost qurbanlarının xatirəsinə ucaldılmış abidə dəfələrlə təhqir olunub.

 

Müəllif məqalədə vurğulayıb ki, yəhudi xalqı hər dəfə Pasxa bayramını qeyd etməyə hazırlaşarkən müasir zalımlar rolunda çıxış edən ermənilərin qeyri-erməni və qeyri-xristian olmaları səbəbindən yəhudi xalqını və digər xalqları, xüsusilə də azərbaycanlıları hədəfə aldıqlarını heç zaman unutmamalıdır.

 

Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

 

//www.thej.ca/2023/03/22/armenia-the-spanish-inquisition-and-the-modern-day-pharaohs/

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir