Modern.az

“Gözəl Quranoxuma” müsabiqəsinin qalibləri mükafatlandırıldı - FOTOLAR

“Gözəl Quranoxuma” müsabiqəsinin qalibləri mükafatlandırıldı - FOTOLAR

4 May 2023, 15:07

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) ənənəvi olaraq hər il təşkil edilən “Gözəl Quranoxuma” müsabiqəsinin final mərhələsi keçirilib.

 

Müsabiqədə Aİİ İlahiyyat fakültəsinin tələbələri iştirak ediblər. İlahiyyat İnstitutunun prorektoru, dosent Mirniyaz Mürsəlov, İlahiyyat fakültəsinin dekan müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Kövsər Tağıyev, Dillər və ictimai fənlər kafedrasının müəllimi Ənvər Mustafayev münsiflər heyətində təmsil olunublar.

 

Aİİ-nin elm və innovasiyalar üzrə prorektoru, dosent Mirniyaz Mürsəlov müsabiqənin əhəmiyyətini vurğulayaraq, Qurani-Kərimi gözəl oxumaqla yanaşı, həm də mənasını anlamağın vacibliyini bildirib. M.Mürsəlov ali təhsil müəssisəsində mütəmadi olaraq istedadlı və bacarıqlı tələbələrin üzə çıxarılması istiqamətində müxtəlif müsabiqələrin davamlı olaraq həyata keçiriləcəyini nəzərə çatdırıb. Belə müsabiqələrin tələbələrə təcrübə qazandırdığını, inkişafına imkan verdiyini bildirib.

 

Tələbələr tərəfindən maraqla qarşılanan müsabiqədə qaliblər münsiflər heyətinin qiymətləndirməsi əsasında müəyyənləşib. Beləliklə, “Gözəl Quranoxuma” müsabiqəsində III kurs tələbəsi Əmrah Eminov I yerə, IV kurs tələbəsi Ramazan Qardaşov II yerə, II kurs tələbələri Zeynəb Xəlilli və Turqay Qurbanov III yerə layiq görülüblər.

 

Müsabiqənin qalibləri mükafatlandırılıb və iştirakçılara təşəkkürnamələr təqdim edilib.

 

Qeyd edək ki, müsabiqə seçim turu və final mərhələsindən ibarət olub.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir