Modern.az

Kanada mətbuatı Laçındakı nəzarət-buraxılış məntəqəsinin zəruriliyindən YAZDI

Kanada mətbuatı Laçındakı nəzarət-buraxılış məntəqəsinin zəruriliyindən YAZDI

Diaspor

9 May 2023, 11:04

Kanadanın nüfuzlu “Thej.ca” yəhudi media platformasında “Niyə Azərbaycan Laçın dəhlizi boyunca nəzarət-buraxılış məntəqəsinə malik olmağa davam etməlidir?” sərlövhəli məqalə dərc olunub. 

 

Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisiçisi və baş direktoru, tanınmış siyasi şərhçi və jurnalist Reyçel Avrahamın qələmə aldığı məqalədə Ermənistanın Qarabağa silah göndərməsinə və İranın bölgədə pozucu fəaliyyətinə cavab olaraq Azərbaycanın nəzarət-buraxılış məntəqəsi yaratdığı diqqətə çatdırılıb. 

 

Qeyd olunub ki, bu günlərdə ABŞ-ın dövlət katibi Entoni Blinken Azərbaycan Prezidenti ilə telefon danışığında Birləşmiş Ştatların “Azərbaycanın Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsi yaratmasının sülhə etimadın yaradılması səylərini sarsıtmasından dərin narahatlıq keçirdiyini” dilə gətirib. Bir çox tanınmış siyasi ekspertin fikirlərinin yer aldığı məqalədə buna cavab olaraq diqqətə çatdırılıb ki, Blinken sözügedən bəyanatı verməklə böyük səhvə yol verir. Belə ki Laçın dəhlizində Azərbaycanın sərhəd-buraxılış məntəqəsinin ləğvinin əsas tərəfdarı İran İslam Respublikasıdır. Çünki molla qaragüruhu bu keçid məntəqəsinin onun regionda sabitliyi pozmaq səylərinə ciddi zərbə vuracağından son dərəcə narahatdır. Halbuki Azərbaycan dəhlizin humanitar məqsədlərlə istifadəsinə şərait yaratmaqda davam edir. Burada da ölkəmizin nəzarət etdiyi vacib məsələ bu yaxınlarda üç Azərbaycan vətəndaşının ölümünə səbəb olmuş mina və digər silahların Ermənistan və İrandan onun ərazisinə keçirilməsinin qarşısının alınmasıdır.

 

Bildirilib ki, dinlə pərdələnmiş imperialist düşüncəsi ilə hərəkət edən, özünün on milyonlarla azərbaycanlı vətəndaşına bəslədiyi nifrət zəminində onları bütün imkanları daxilində əzən molla istibdadı bununla kifayətlənməyərək, müstəqil Azərbaycan Respublikasını ilhaq etmək niyyətindən əl çəkməyib. Bu mənada müəllif İsrail və Azərbaycanı bir-birinə yaxınlaşdıran başlıca səbəblərdən biri kimi adıçəkilən iki dövləti dünyanın siyasi xəritəsindən silməyi hədəfləyən Tehrandakı molla yığınına qarşı birgə mübarizəni görür. İsrailli politoloq hesab edir ki, yaranmış vəziyyətdə Vaşinqtonun öz narahatlığını bu nöqtəyə yönəltməsi daha məqsədəuyğundur. O, ölkəmizin məsələ ilə bağlı ortaya qoyduğu mövqe ilə tam razılaşaraq qeyd edir ki, Azərbaycan Qarabağda yaşayan erməni vətəndaşlarının hüquqlarını qoruyur və bu keçid məntəqəsi, sadəcə, təhlükəsiz keçid hüququnu təmin etmək üçündür.

 

Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

 

//www.thej.ca/2023/05/03/why-azerbaijan-should-continue-to-have-a-checkpoint-along-the-lachin-corridor/

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir