Modern.az

Diaspor fəaliyyətinin əsasını Ulu Öndər qoyub - Fuad Muradov

Diaspor fəaliyyətinin əsasını Ulu Öndər qoyub - Fuad Muradov

Diaspor

10 May 2023, 13:02

"Heydər Əliyev ili" çərçivəsində 100-dən çox tədbir planlaşdırılıb.


Modern.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov jurnalistlərə açıqlamasında deyib:

 

"Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi hər bir azərbaycanlı üçün xüsusi gündür. Müxtəlif ölkələrdə yaşayan soydaşlarımız bu günü qeyd edirlər. Bu il yüzdən çox tədbir planlaşdırılıb. Artıq bir qismi həyata keçirilib".

 

F.Muradovun sözlərinə görə, Azərbaycanda diaspor fəaliyyətinin əsası Ulu Öndər tərəfindən qoyulub. "Diaspor komitəsinin yaranması nadir hadisə idi. Bu gün diaspor sahəsinə xüsusi diqqət ayrılır", - deyə Dövlət Komitəsinin sədri vurğulayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı