Modern.az

Heydər Əliyev və diaspor quruculuğu - VİDEO

Heydər Əliyev və diaspor quruculuğu - VİDEO

Diaspor

10 May 2023, 16:34

Diasporla İş üzrə Dövlət Komitəsinin internet televiziyası olan Diaspor TV-də görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illilyi münasibətilə sənədli film istehsal olunub.

 

Bu barədə Modern.az-a Komitədən məlumat verilib.

 

Filmdə Heydər Əliyevin müxtəlif illərdə diaspor nümayəndələri ilə keçirdiyi görüşlər, onlara tövsiyələri, Prezident İlham Əliyevin Şuşada keçirilən Dünya Azərbaycanlılarının (V) Zəfər Qurultayındakı tarixi çıxışından bir sıra məqamlar, müxtəlif illərdə ulu öndərlə görüşən xaricdə yaşayan azərbaycanlıların maraqlı xatirələri yer alıb.

 

Ümummilli liderin diaspor siyasətinin hərtərəfli əks olunduğu filmin “Heydər Əliyev İli” çərçivəsində xaricdəki Azərbaycan icmaları arasında geniş yayılması, Azərbaycan evlərinə, həftəsonu Azərbaycan məktəblərinə təqdim olunması və dünyanın müxtəlif ölkələrində diasporun təşkil etdiyi tədbirlərdə nümayişi nəzərdə tutulur.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı