Modern.az

Rusiyada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş konsert - FOTOLAR

Rusiyada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş konsert - FOTOLAR

10 May 2023, 15:46

Rusiya Federasiyası Şimali Osetiya-Alaniya Respublikasının paytaxtı Vladiqafqaz şəhərində müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə təntənəli tədbir keçirilib.

 

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Şimali Osetiya-Alaniya Respublikası Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə baş tutan tədbirdə yerli hakimiyyət və ictimaiyyətin nümayəndələri, Azərbaycan və digər milli-mədəni ictimai təşkilatların rəhbərlərindən ibarət 700-dən çox qonaq iştiak edib. Qonaqlar arasında Azərbaycan Milli Məclisinin üzvü Aydın Mirzəzadə, Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdirinin müavini Əli Baytalov, Vladiqafqaz şəhərinin meri Vyaçeslav Mildzizxov, Rusiya Xarici İşlər Nazirliyinin Vladiqafqaz üzrə nümayəndəsi Bağır Məmiyev, Şimali Osetiya-Alaniya milli siyasət və xarici əlaqələr naziri Alan Bağıyev, Şimali Osetiya-Alaniya parlamentinin deputatları Qari Kuçiyev və Georgi Kozayev, Şimali Osetiya-Alaniyanın mədəniyyət naziri Eduard Qalazov, Şimali Osetiya-Alaniya üzrə Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin, Gömrük Xidmətinin və Sərhəd Xidmətinin nümayəndələri olub. 

 

Öncə şəhərin mərkəzində və Orxon qəsəbəsinin Rassvet kəndində ucaldılan İkinci Dünya müharibəsi iştirakçılarının anım abidələri ziyarət olunub, bu döyüşlərdə həlak olan azərbaycanlıların xatirəsi yad edilib. Qonaqların nəzərinə çatdırılıb ki, Rassvet kəndində azərbaycanlılardan ibarət 3 diviziya döyüşüb. Şimali Osetiya-Alaniya Respublikası Azərbaycanlıları Konqresi tərəfindən həmin kənddə qəhrəmancasına həlak olan soydaşlarımızın şərəfinə abidə qoyulub. Gələn ilin 9 may tarixinə qədər isə Şimali Osetiya-Alaniya Respublikası Azərbaycanlıları Konqresinin fəxri prezidenti Şahin Məmmədovun təşəbbüsü ilə orada böyük anım heykəli ucaldılacaq.

 

Sonra Şimali Osetiya-Alaniya Respublikası Azərbaycanlıları Konqresinin mərkəzi ofisində Azərbaycandan gələn qonaqlarla respublika parlamentinin deputatları arasında görüş keçirilib. Görüşdə Azərbaycan və osetin xalqları arasında dostluğun daha da möhkəmləndirilməsi məsələləri müzakirə olunub.

 

Tədbirlər silsiləsi “Xalqlar dostluğu” adlı təntənəli konsertin keçirilməsi ilə davam edib. 

 

Konsert iştirakçılarını salamlayan Şahin Məmmədov xalqımızın ulu öndəri Heydər Əliyevin ömür yolu və misilsiz fəaliyyətindən danışıb: “Dahi rəhbər xilaskarlıq missiyasını yerinə yetirməklə yanaşı, Azərbaycanı dünyanın güclü dövlətinə çevirmək istiqamətində siyasətini ortaya qoydu. Çox sevinirik ki, hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir”.

 

Tədbirdə çısış edən Şimali Osetiya-Alaniya Respublikası Azərbaycanlıları Konqresinin sədri Murtuz Gülmməmədov, millət vəkili Aydın Mirzəzadə və digərləri bildiriblər ki, ölkəmizin müasir tarixini Heydər Əliyevdən, Heydər Əliyevi isə ölkəmizin müasir tarixindən ayrı təsəvvür etməyin qeyri-mümkün olduğu xüsusilə vurğulanıb.

 

Tədbir Gəncə Filarmoniyasının və Şimali Osetiya-Alaniya incəsənət ustalarının iştirak etdikləri konsert proqramı ilə başa çatıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir