Modern.az

Niderlandda Heydər Əliyevlə bağlı poçt markası buraxılıb

Niderlandda Heydər Əliyevlə bağlı poçt markası buraxılıb

Diaspor

10 May 2023, 17:10

Niderland Krallığının Ansterdam şəhərində müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə poçt markaları çap edilib.

 

Bu barədə Modern.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

 

Amsterdam şəhərində yaşayan diaspor fəalı Səltənət Rəvanqızının təşəbbüsü ilə “Azərbaycanın inciləri” layihəsi çərçivəsində buraxılan markanın üzərindəHeydər Əliyevin fotosu, onun “Azərbaycan mənim həyatımın mənasıdır!” fikri və imzasi əks olunub.

 

Markalar Niderlandın rəsmi poçt rabitəsinin PostNL milli operatoru tərəfindən çap edilib.

 

Bu təşəbbüs dahi şəxsiyyət Heydər Əliyevin müasir Azərbaycan dövlətinin müstəqilliyinin möhkəmləndirilməsi və inkişafı naminə əvəzsiz xidmətlər göstərdiyinə, xalqımızın öz Ulu Öndərini böyük ehtiramla yad etdiyinə yerli ictimaiyyətin diqqətini cəlb etmək məqsədilə həyata keçirilib.

 

Qeyd edək ki, indiyədək “Azərbaycan inciləri” layihəsi çərçivəsində Amsterdamda “Xarı bülbül”, “Şuşa”, “Nizami Gəncəvi-880”, “Üzeyir Hacıbəyov”, “Fikrət Əmirov”, “Cövdət Hacıyev”, “Əminə Dilbazi”, “Rəşid Behbudov”, “İsmayıl Şıxlı”, “Sakit Məmmədov”, “Albert Aqarunov”, “Kəlbəcərdə həlak olan jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışov” adlı markalar çap edilib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir