Modern.az

Kanada mətbuatı əsir düşən hərbçilərimizdən YAZDI

Kanada mətbuatı əsir düşən hərbçilərimizdən YAZDI

12 May 2023, 15:02

Kanadanın nüfuzlu “Thej.ca” yəhudi media platformasında “Azərbaycanlı gənci azadlıqdan məhrum edən Ermənistana ar olsun!” sərlövhəli məqalə dərc olunub.

 

Modern.az xəbər verir ki, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru, tanınmış siyasi şərhçi və jurnalist Reyçel Avrahamın qələmə aldığı məqalədə Ermənistan hakimiyyətinin sirki xatırladan məhkəmədən sonra Azərbaycan Silahlı Qüvvələri sıralarına yeni çağırılmış 18 yaşlı yeniyetmə, girovluqda saxlanılan əsgər Aqşin Bəbirovu başqa bir azərbaycanlı əsgər Hüseyn Axundovla birlikdə əlverişsiz hava şəratində yolunu azaraq Ermənistan ərazisinə keçdiynə görə 11 il 6 ay 15 gün azadlıqdan məhrum etdiyi diqqətə çatdırılıb.

 

Həmçinin qeyd olunub ki, Ermənistan hakimyyətinin insanlığa zidd qəddarlığı əsgər davamlı olaraq işgəncə və psixoloji təzyiqlərə məruz qaldıqdan sonra törədilib. Üç övlad anası olduğunu qeyd edən müəllif həddi-büluğa çatmış gənc, heç 20 yaşa adlamamış Aqşin Bəbirovun bütün həyatının qarşıda olduğu halda, ona qarşı edilmiş bu cinayətdən keçirdiyi acını dilə gətirib, beynəlxalq ictimaiyyətin tədbir görmədiyi təqdirdə, Ermənistan həbsxanasından çıxana kimi azərbaycanlı əsgərin gəncliyinin ən gözəl illərinin ondan oğurlanacağını dərin təəsüfflə qeyd edib. İsrailli politoloq bəyan edib ki, Ermənistan hakimiyyəti günahsız gəncə etdiyi amansızlığa görə utanmalıdır.  

 

Məqalədə Aqşin Bəbirovun aqibəti HƏMAS tərəfindən qaçırılaraq əsir mübadiləsi nəticəsində azadlığa çıxana qədər adıçəkilən terror təşkilatının beş il əsirliyində qalmış 19 yaşlı israilli gənc Gilad Şalitin açı taleyi ilə müqayisə olunub. Qeyd edilib ki, qoluna qəlpə yeridilmiş Şalit sərbəst buraxıldıqdan sonra ömürlük əlil olub. Azərbaycanlı gəncin həyatına qəsd edən Ermənistan hakimiyyətinin sözügedən cinayətlə Qəzzadakı HƏMAS terror rejimindən fərqlənmədiyinə diqqət çəkən müəllif bu addımı ilə Azərbaycanın həyata keçirdiyi etimad tədbirlərinə cavab vermədiyini nümayiş etdirən Ermənistanın bölgədə barışıq və etimadın yaradılmasında maraqlı olmadığını vurğulayıb.

 

Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

//www.thej.ca/2023/05/10/shame-on-armenia-for-imprisoning-an-azerbaijani-kid/

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir