Modern.az

Qubernatordan çağırış - Azərbaycanın Müstəqillik Gününü bayram edək

Qubernatordan çağırış - Azərbaycanın Müstəqillik Gününü bayram edək

Diaspor

18 May 2023, 10:16

ABŞ-ın İllinoys ştatının qubernatoru Cey Robert Pritsker Azərbaycanın Müstəqillik Günü münasibətilə bəyannamə imzalayıb.

 

Bəyannamədə nəzərə çatdırılıb ki, ABŞ-da yaşayan bütün Azərbaycan əsilli amerikalılar kimi, Çikaqodakı Azərbaycan icması da regional müxtəlifliyə, mədəniyyətlərarası inkişafa, sülhə və çiçəklənməyə öz töhfələrini verirlər.

 

Amerikanın Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin (ACMA)  2015-ci il 15 aprel tarixində fəaliyyətə başladığına və təşkilatın inkişafında uğurlara nail olduğuna diqqət cəlb edilib.

 

Nəzərə çatdırılıb ki, 28 May 1918-ci il tarixində müsəlman Şərqində ilk parlament respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti (AXC) elan edilib. Dünyada yaşayan azərbaycanlıların bu günü böyük qürur hissi ilə qeyd etdiklərini, AXC-nin varisi olan Azərbaycan Respublikasının ABŞ-ın strateji tərəfdaşı olduğunu xatırladan qubernator ştatın sakinlərini bu bayrama qoşulmağa çağırıb.

 

Qeyd edək ki, Amerika Azərbaycanlıları Koordinasiya Şurasının üzv-təşkilatı olan ACMA-nın təşəbbüsü əsasında bir neçə gün öncə 28 May – Müstəqillik Günü münasibətilə Çikaqonun mərkəzində Azərbaycan bayrağı qaldırılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!