Modern.az

Almaniyada keçirilən boks turnirinə yekun vuruldu

Almaniyada keçirilən boks turnirinə yekun vuruldu

23 May 2023, 11:36

Almaniyanin Kotbus (Cottbus) səhərində müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə beynəlxalq boks turniri keçirilib.

 

Modern.az xəbər verir ki, Diasporla iş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilən yarış Diaspora Boks Liqası və Berlində fəaliyyət göstərən Azərbaycan Evinin təşkilatçiligi ilə baş tutub.
 

Almaniya və Azərbaycanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan yarışın birinci mərhələsi Halle (Saale), ikinci mərhələsi Maqdeburq/Barleben, final mərhələsi Kotbus səhərlərində gerçəkləşdirilib.

 

Turnirdə iştirak edən Azərbaycan, Almaniya, Ukrayna, Polşa, Bolqarıstan, Belarus, Tacikistan və Rusiyadan olan boksçular xalqımızın ümummilli lideri Heydər Əliyevin adını daşıyan kubok və kəmər uğrunda mübarizə aparıblar.

 

Həmyerlimiz Kənan Hüseynəliyev Heydər Əliyev adına Dünya Boks Komitəsinin (WBCA) kəmərinin qalibi olub. Müxtəlif çəki kateqiyalarında ilk üç yerin sahiblərinə kubok və medallar təqdim olunub.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır