Modern.az

Fransalı mer Şuşada - FOTOLAR

Fransalı mer Şuşada - FOTOLAR

23 May 2023, 13:03

Fransanın Qurji-lö-Şato kommunasının meri Lu Bomiye və “Danser” jurnalının baş redaktoru Mişel Oden ölkəmizin mədəniyyət paytaxtı Şuşa şəhərinə səfər ediblər.

 

Modern.az xəbər verir ki, səfər Fransada Azərbaycanın Dostları Assosiasiyasının təşkilatçılığı ilə baş tutub.

 

Şuşa ilə qonaqların tanışlığı Azərbaycan mədəniyyətinin görkəmli nümayəndələri  Xurşidbanu Natəvan, Üzeyir Hacıbəyov və Bülbülün güllələnmiş heykəllərinin yerləşdiyi mərkəzi meydandan başlayıb. Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin əməkdaşı qonaqlara mədəniyyət paytaxtımız və güllələnmiş heykəllər barədə məlumat verib. Bildirilib ki, işğal illərində ermənilər heykəlləri Ermənistana apararaq əridib satmaq istəyiblər. Bu xəbər Bakıya çatan kimi ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə həmin heykəllər alınaraq Azərbaycana gətirilib. O zamandan Bakıdakı İncəsənət Muzeyinin həyətində saxlanılan abidələr Şuşa işğaldan azad olunduqdan sonra Prezident İlham Əliyevin tapşırığı ilə əvvəlki yerlərinə qaytarılıb.

 

Sonra Xurşidbanu Natəvanın evini, Xan qızı bulağını, Üzeyir Hacıbəyovun heykəlini, Şuşa qala divarlarını və Gəncə qapısını, Bülbülün ev-muzeyini ziyarət edən qonaqlar Yuxarı Gövhər Ağa məscidində olublar. Onlara Şuşa şəhərinin və qalasının tarixi, Şuşa qalasının Qarabağ xanı Pənahəli xan tərəfindən inşa edildiyi,  qalanın uzun müddət şəhəri xarici müdaxilələrdən qoruduğu, alınmazlıq rəmzinə çevrildiyi, işğal dönəmində qala divarlarının və mədəniyyət abidələrimizin ermənilər tərəfindən vandalizmə məruz qaldığı, qədim artefaktlarımızın saxtalaşdırılması, Şuşa işğaldan azad edildikdən sonra şəhərdə infrastrukturun qurulması ilə yanaşı, şəhərin əsl simasının, tarixi və mədəniyyət abidələrinin bərpasına start verildiyi nəzərə çatdırılıb.

 

Səfərin sonunda Cıdır düzündən açılan əsrarəngiz mənzərəni seyr edən qonaqlar Şuşa şəhəri ilə tanışlıqdan zəngin təəssüratla ayrılıblar.

 

Qeyd edək ki, qonaqları Paris Azərbaycan Evinin rəhbəri, Fransada Azərbaycanın Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyeva müşayiət edib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir