Modern.az

Çikaqoda 28 may Respublika Günü elan edildi

Çikaqoda 28 may Respublika Günü elan edildi

25 May 2023, 17:03

ABŞ-ın Çikaqo şəhərinin meri Brendon Conson 28 May – Azərbaycanın Müstəqillik Günü münasibətilə bəyannamə imzalayıb.

 

Bu barədə Modern.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

 

Bəyannamədə bildirilib ki, yarandığı gündən Çikaqo şəhəri dünyanın hər yerindən gələn, müxtəlif mədəni irsi ilə öyünən fərqli, parlaq insanların icmalarına ev sahibliyi edir.

 

Çikaqonun incəsənət və musiqi, biznes və maliyyə, hüquq və hökumət, təhsil və sosial xidmətlər, elm və tibb sahələrində şəhəri dəstəkləyən qürurlu və enerjili Azərbaycan-Amerika icmasının da evi olduğu vurğulanıb.

 

Diqqətə çatdırılıb ki, ABŞ-ın Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzi (ACMA) Çikaqo ilə Azərbaycan arasında mədəniyyətlərarası anlaşmanı təşviq etmək üçün çalışır.

 

Çikaqoluların tarixi məhəllələri gücləndirmək, eyni zamanda, şəhəri və cəmiyyəti hamı üçün yaxşılaşdırmaq üçün çalışdığını vurğulayan mer xatırladıb ki, 1918-ci il 28 May tarixi Azərbaycan əsilli amerikalılar üçün böyük əhəmiyyət kəsb edən gündür. Çünki həmin tarixdə Azərbaycan Xalq Cümhuriyyəti (AXC) elan edilib.

 

Mer 2023-cü il 28 May tarixini “Azərbaycan Respublikasının Günü” elan edərək, şəhər sakinlərini Çikaqonun mədəni müxtəlifliyinə töhfələr verən Azərbaycan icmasının bayramına qoşulmağa çağırıb.

 

Qeyd edək ki, bundan əvvəl Amerika Azərbaycanlıları Koordinasiya Şurasının üzv-təşkilatı olan ACMA-nın təşəbbüsü əsasında İllinoys ştatının meri - qubernatoru Cey Robert Pritsker Azərbaycanın Müstəqillik Günü münasibətilə bəyannamə imzalayıb və Çikaqonun mərkəzində Azərbaycan bayrağı qaldırılıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır