Modern.az

Kaliforniyada Müstəqillik Günü qeyd edilir - FOTOLAR

Kaliforniyada Müstəqillik Günü qeyd edilir - FOTOLAR

Diaspor

28 May 2023, 08:25

Kaliforniya Azərbaycan Evi San Xose Şəhərində Azərbaycanın Müstəqillik Gününü qeyd edir.

 

Kaliforniyadakı Azərbaycan Evi tərəfindən Azərbaycanın 105-ci Müstəqilliyi Gününü qeyd etmək üçün San Xose şəhərinin Meri Matt Mahan, Councilmember Arjun Batra, Şəhər Polis Departamdntinin Rəisi Antony Mata, Senat nümayəndələrinin və Azərbaycanın Los Ancelesdəki Konsulu Ramiz Daşdəmirovun iştirakı ilə San Jose Şəhər Meriya binasının qarşısında Azərbaycan bayrağı galdırılıb, meriyanın binasında xüsusi qonagların və Azərbaycan icmasının iştirakı ilə konsert proqramı təşkil edilib. Tədbirdə Ulu Öndər Heydər Əliyevin 100-cü il dönümü anılıb.

 

Mərasimdə müxtəlif mədəni çıxışlar, o cümlədən ənənəvi musiqi, rəqs və Azərbaycanın zəngin irsini nümayiş etdirən sərgi nümayiş etdirilib.

 

Kaliforniya Azərbaycan Evinin rəhbəri Aytən Abbasova qürur hissi ilə qeyd edib ki, 7 gün boyunca San Jose Şəhər Meriyası binasının üzərində Azərbaycan bayrağı led işıqlarla işıqlandırılacaq.

 
Kaliforniya Azərbaycan Evinə Senat tərəfindən Sertifikat və San Jose Şəhər Meri tərəfindən Azərbaycanın Müstəqillik gününə həsr olunmuş Proclamation təqdim olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi