Modern.az

Kanadanın Kalqari şəhərində bayrağımız ucaldıldı - FOTOLAR

Kanadanın Kalqari şəhərində bayrağımız ucaldıldı - FOTOLAR

Diaspor

1 İyun 2023, 17:54

Kanadanın Kalqari şəhər meriyasının önündə 28 May – Azərbaycanın Müstəqillik Günü münasibətilə Azərbaycan Bayrağının təmtəraqlı qaldırılma mərasimi keçirilib.

 

“Alberta Azərbaycan Mədəniyyət Cəmiyyəti”nin (ALACS) və “Azeri Calgary Stars”ın birgə təşkilatçılığı ilə baş tutan mərasimdə soydaşlarımız və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər. 

 

Azərbaycanın Dövlət Himninin sədaları altında ücrəngli bayrağımızın səmaya ucaldılmasından sonra cəmiyyətin nəzdindəki “Azeri Calgary Stars” və “Spirit of Land of Fire” rəqs qruplarının ifasında rəngarəng konsert proqramı nümayiş etdirilib. 

 

Azərbaycan icmasının fəalları mərasimi və konserti maraqla izləyən yerli sakinlərə 105 il öncə türk və müsəlman aləmində ilk dəfə olaraq Azərbaycanda demokratik və dünyəvi respublikanın elan olunduğu barədə məlumat veriblər. Zəngin siyasi və mədəni irsə malik olan Azərbaycan xalqının bu mühüm tarixi hadisə ilə bağlı qürur duyduğunu nəzərə çatdırıblar.  

 

Tədbir Azərbaycan Bayrağının fonunda xatirə şəkillərinin çəkilməsi ilə başa çatıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir