Modern.az

Madriddə Müstəqillik Günü qeyd edildi

Madriddə Müstəqillik Günü qeyd edildi

1 İyun 2023, 23:01

Azərbaycan Respublikasının İspaniya Krallığındakı Səfirliyinin təşkilatçılığı ilə Madrid şəhərində ölkəmizin Müstəqillik Gününə həsr olunmuş rəsmi qəbul keçirilib.

 

Modern.az xəbər verir ki, qəbulda İspaniya hökumətinin yüksək vəzifəli rəsmiləri və parlamentinin üzvləri, ölkədə akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların nümayəndələri, səfirlər, Madrid şəhər bələdiyyəsinin nümayəndələri, eləcə də bir sıra düşüncə mərkəzləri və akademiklər, mədəniyyət xadimləri, media nümayəndələri, habelə yerli ictimaiyyətin və Azərbaycan icmasının üzvləri iştirak ediblər.

 

Tədbirdə açılış nitqi ilə çıxış edən səfir Ramiz Həsənov, 105 illiyini qeyd etdiyimiz Azərbaycan Demokratik Respublikasının yaranmasından və keçdiyi yoldan danışıb, müsəlman dünyasında ilk demokratik ölkə olan ADR-in tarixi əhəmiyyətindən söz açıb. O, Azərbaycanın Şərqin ilk dünyəvi və parlamentli respublikası kimi o dövr üçün mütərəqqi dövlət institutları – çoxpartiyalı sistem, plüralist parlament və azad medinın təsis etməsi haqqında tədbir iştirakçılarını məlumatlandırıb; Azərbaycan vətəndaşlarının milli mənsubiyyətinə, cinsinə, dininə və sosial vəziyyətinə görə fərqləndirilmədən mülki və siyasi hüquqlarının təmin edilməsi, habelə Şərqdə ilk dəfə məhz Azərbaycanda qadınlara seçki hüququnun verilməsi barədə fikirlərini bölüşüb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?