Modern.az

Luandadakı icmamız beynəlxalq festivalda ölkəmizi təmsil edib

Luandadakı icmamız beynəlxalq festivalda ölkəmizi təmsil edib

5 İyun 2023, 17:26

Anqolanın Luanda  şəhərində Afrika Günü münasibətilə keçirilən “Sosial və mədəni mübadilə üçün yaradılmış platforma” festivalında ölkəmizi Anqolada yaşayan azərbaycanlılar Asya Nəcəfova və Şahmir Sofiyev təmsil ediblər.

 

Nigeriyada fəaliyyət göstərən “Azərbaycanın Dostları” Təşkilatının təsisçisi Billurə Bayramova-Bernardın dəstəyi ilə təşkil edilmiş Azərbaycan guşəsində ölkəmizin qədim tarixini, zəngin mədəniyyətini, adət-ənənələrini və turizm imkanları əks etdirən nümunələr nümayiş etdirilib. 

 

Azərbaycan guşəsində festivalın qonaqlarını milli geyimli təşkilatçılar və icma üzvləri qarşılayıblar. Qonaqlara ölkəmiz barədə ətraflı məlumat verilib, Azərbaycan xalçalarını, milli geyimlərini və məşhur fotoqraf Reza Deqatinin ölkəmizlə bağlı fotolarını əks etdirən ingilis dilində kitablar təqdim edilib. Anqolalı gənclər azərbaycanın milli rəqsi olan "Mirzəyi"ni həvəslə ifa ediblər.

 

Qeyd edək ki, festivalı Anqolanın rəsmi şəxsləri, müxtəlif ölkələrin səfirləri və Luanda şəhərində yerləşən məşhur şirkətlərin nümayəndələri ziyarət ediblər.

 

Billurə Bayramova-Bernard bildirib ki, festival Anqolada yaşayan müxtəlif icmaların öz ölkələrini təmsil və təbliğ etmək, tarixləri, mədəniyyətləri və milli mətbəx nümunələri barədə məlumatları yerli ictimaiyyətlə paylaşmaq məqsədilə təşkil edilib. 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir