Modern.az

Kölndə azərbaycanlı tələbələrlə görüş olub - FOTOLAR

Kölndə azərbaycanlı tələbələrlə görüş olub - FOTOLAR

5 İyun 2023, 18:05

Almaniyanın Köln şəhərində müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi və 28 May – Müstəqillik Günü münasibətilə azərbaycanlı tələbələrlə görüş keçirilib.

 

Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi, Heydər Əliyevin və  ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. 

 

Tədbiri giriş sözü ilə açan Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin sədri Nuran Abdullayev görüş iştirakçılarını Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun adından salamlayıb, xalqımızın ulu öndərinin yubileyi və Müstəqillik Günü münasibətilə soydaşlarımızı təbrik edib. 

 

Diaspor quruculuğunda, dünya azərbaycanlılarının bir araya gəlməsində və həmrəyliyində Heydər Əliyevin müstəsna roluna, onun siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin tapşırıqları əsasında həyata keçirilən strateji diaspor siyasətinə, dövlətimizin xaricdə yaşayan soydaşlarımıza diqqət və qayğısına diqqəti cəlb edib. Komitənin diaspor fəaliyyətindəki prioritetləri, eləcə də birgə fəaliyyət mexanizmindəki məqsədləri nəzərə çatdırıb.

 

Tədbirdə Alman-Azərbaycan Mədəniyyət Evinin sədri Ağa Ağayev, sədr müavini Altay Rüstəmli və Köln şəhərində fəaliyyət göstərən həkim Elvin Hüseynov çıxış ediblər. Onlar indiyədək görülmüş işlər barədə məlumat veriblər, tələbələr, elm adamları və həkimlərlə bağlı gələcək planlardan söhbət açıblar.

 

Görüş fikir mübadiləsinin aparılması və təkliflərin səsləndirilməsi ilə yekunlaşıb.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi