Modern.az

Əkiz bacılar ilk dəfə görüşdü - 17 ildən sonra

Əkiz bacılar ilk dəfə görüşdü - 17 ildən sonra

8 İyun 2023, 11:12

Əslən Şuşanın Kosalar kəndindən olan və hazırda Qazaxıstanda yaşayan Xurşud Mustafayevanın maraqlı həyat hekayəsi diqqət çəkib. 

 

Qazaxıstanda yaşayan ailənin 3 qız övladından sonra əkiz qızları dünyaya gəlir və ailə onlardan birini Ağdamda yaşayan nənəsinə verir. 17 il ailəsi ilə heç bir əlaqəsi olmayan qız çox çətinliklərdən keçir və ailə qurduqdan sonra Qazaxıstana köçməyə qərar verir. O, ata-anası, bacı-qardaşları ilə ilk dəfə görüşür və əkiz bacısını görəndə dəhşətə gəlir.

 

Diasporla İş üzrə Dövlət Komitəsinin İctimai Televiziya ilə ortaq layihəsi olan “Vətən uzaqda deyil” proqramının çəkiliş qrupu Qazaxıstanda olub və Xurşud Mustafayevanın taleyi ilə bağlı veriliş hazırlayıb.

 

Vəsilə Vahidqızının müəllifi olduğu “Vətən uzaqda deyil” proqramını DİDK-nın Youtube kanalı olan Diaspor TV-dən və aşağıdakı linklərdən izəmək olar:

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi