Əslən Şuşanın Kosalar kəndindən olan, hazırda Qazaxıstanda yaşayan Xurşud Mustafayevanın maraqlı həyat hekayəsi hər kəsin diqqətini çəkib.
Məlumat üçün bildirək ki, Qazaxıstanda yaşayan ailənin 3 qız övladından sonra əkiz qızları dünyaya gəlib və ailə onlardan birini Ağdamda yaşayan nənəsinə verib. 17 il ailəsi ilə heç bir əlaqəsi olmayan qız çox çətinliklərdən keçib və ailə qurduqdan sonra Qazaxıstana köçməyə qərar verib.
O, ata-anası, bacı-qardaşları ilə ilk dəfə görüşüb və əkiz bacısını görəndə dəhşətə gəlib.
Diasporla İş üzrə Dövlət Komitəsinin İctimai Televiziya ilə ortaq layihəsi olan “Vətən uzaqda deyil” proqramının çəkiliş qrupu Qazaxıstanda olub və Xurşud Mustafayevanın taleyi ilə bağlı veriliş hazırlayıb.
Sözügedən veriliş "Youtube" platformasında maraqla qarşılanıb.
Həmin görüntüləri yenidən təqdim edirik: