Modern.az

Pənahəli xan nəslinin davamçıları niyə İspaniyaya köçüb? - VİDEO

Pənahəli xan nəslinin davamçıları niyə İspaniyaya köçüb? - VİDEO

Diaspor

22 İyun 2023, 13:33

Qarabağ xanı Pənahəli xanın nəslinin davamçısı olan Əkbərovlar ailəsi İspaniyanın paytaxtı Madrid şəhərində yaşayır.

 

Diasporla İş üzrə Dövlət Komitəsindən Modern.az-a verilən məlumata görə, Diaspor TV-nin "Vətən uzaqda deyil” proqramının çəkiliş qrupu bu günlərdə İspaniyaya ezam olunub və ailənin qonağı olub.

 

Verilişdə xan nəslindən olan ailənin taleyi, o cümlədən Azərbaycandan köçmə səbəbləri, övladlarının təhsil imkanları barədə danışılıb, milli adət-ənənələrimizə, islam dəyərlərinə bağlılıqlarına geniş yer verilib.

 

Vəsilə Vahidqızının müəllifi olduğu "Vətən uzaqda deyil” verilişi İctimai TV-də yayımlanıb. Verilişi aşağıdakı link vasitəsilə izləmək olar:

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər