Modern.az

Diasporun mina terroru ilə bağlı çağırışı gürcü mətbuatında

Diasporun mina terroru ilə bağlı çağırışı gürcü mətbuatında

Diaspor

17 İyul 2023, 14:06

Xəbər verdiyimiz kimi, Azərbaycanın diaspor təşkilatları Kəlbəcər rayonunun Seyidlər kəndi ərazisində arıçılıq fəaliyyəti ilə məşğul olan sahibkarın minaya düşməsi ilə bağlı bəyanat yayıb.

 

Modern.az bildirir ki, bəyanat Gürcüstan mətbuatında da geniş işıqlandırılıb.

 

Belə ki, Gürcüstanın nüfuzlu "aktual.ge" və "24news.ge" agentlikləri diaspor təşkilatlarının bəyanatını dərc edib.

 

Bəyanatda deyilir ki, Ermənistan tərəfindən Azərbaycan ərazilərində basdırılmış minalar və partlamamış hərbi sursatlar mülki şəxslərin həyatına ciddi təhlükə yaratmaqda davam edir.

 

"Cari il iyulun 13-də Kəlbəcər rayonunun Seyidlər kəndi ərazisində arıçılıq fəaliyyəti ilə məşğul olan azərbaycanlı mülki şəxs mina partlayışı nəticəsində xəsarət alıb. Ermənistanın ölkəmizə qarşı törətdiyi mina terroru hərbi qulluqçularımızın və mülki şəxslərin həyatını itirməsinə və ya yaralanmasına səbəb olur, eyni zamanda keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdışını ləngidir, bölgədə həyata keçirilən bərpa və yenidənqurma işlərinə maneə yaradır. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində minaların basdırılması və minalanmış ərazilərin dəqiq xəritələrinin verilməməsi Ermənistanın beynəlxalq hüquq və beynəlxalq humanitar hüququn norma və prinsiplərinə hörmətsizliyinin açıq nümayişidir. Azərbaycan diaspor təşkilatları beynəlxalq ictimaiyyəti mina sahələrinin dəqiq xəritələrini ölkəmizə təqdim etməsi, BMT-nin Minalardan Təmizləmə Xidməti kimi minalarla mübarizə aparan beynəlxalq təşkilatlarla çalışması üçün Ermənistana güclü təzyiq göstərməyə, Azərbaycanı texniki yardımla və minatəmizləmə təcrübəsi ilə təmin etməyə çağırır”, - bəyanatda qeyd olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər