Modern.az

Praqadakı icmamız Ermənistanın mina terrorunu PİSLƏDİ

Praqadakı icmamız Ermənistanın mina terrorunu PİSLƏDİ

Diaspor

18 İyul 2023, 17:57

Çexiyanın Praqa şəhərində fəaliyyət göstərən “Natəvan” Azərbaycan Mədəniyyət Cəmiyyəti ölkəmizin işğaldan azad edilmiş ərazilərində Ermənistanın mina təhlükəsi yaratması ilə bağlı növbəti dəfə etirazını bildirib.

 

Diasporla İş üzrə Dövlət Komitəsindən Modern.az-a bildirilib ki, cəmiyyətin adından beynəlxalq təşkilatlara ünvanlanan bəyanatda Kəlbəcər rayonunun Seyidlər kəndi ərazisində arıçılıq fəaliyyəti ilə məşğul olan azərbaycanlı sahibkarın bu il iyulun 13-də mina partlayışı nəticəsində xəsarət alması Ermənistan tərəfindən Azərbaycan ərazilərində basdırılmış minaların və partlamamış hərbi sursatların mülki şəxslərin həyatına ciddi təhlükə yaratmasının davam etdiyi qeyd olunub.

 

Ermənistanın ölkəmizə qarşı törətdiyi mina terrorunun Azərbaycanın hərbi qulluqçularının və mülki şəxslərinin həyatını itirməsinə və ya yaralanmasına səbəb olaraq qaldığına diqqət cəlb edilib. Bu təhlükənin keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdışını və bölgədə həyata keçirilən bərpa və yenidənqurma işlərinə maneə yaratdığı vurğulanıb.

 

Ermənistanın mina problemi ilə bağlı yolverilməz davranışını beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizliyin açıq nümayişi adlandıran “Natəvan” Cəmiyyəti beynəlxalq təşkilatları mina sahələrinin dəqiq xəritələrini ölkəmizə təqdim etməsi, BMT-nin Minalardan Təmizləmə Xidməti (UNMAS) kimi minalarla mübarizə aparan beynəlxalq təşkilatlarla çalışması üçün Ermənistana güclü təzyiq göstərməyə çağırıb.

 

Eyni zamanda, Azərbaycanın texniki yardımla və minatəmizləmə təcrübəsi ilə təmin olunmasının zəruriliyini bir daha vurğulanıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər