Modern.az

Diaspor gənclərinin jurnalistlərlə maraqlı debatı təşkil olundu - FOTOLAR

Diaspor gənclərinin jurnalistlərlə maraqlı debatı təşkil olundu - FOTOLAR

14 Avqust 2023, 15:20

Naxçıvanda keçirilən “Heydər Əliyev – 100” Diaspor Gənclərinin IV Yay Düşərgəsində təşkil edilən növbəti panel media mövzusuna həsr olunub.

 

Bu barədə Modern.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

 

Komitənin Təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdiri Vəsilə Zeynalovanın moderatorluğu ilə aparılan paneldə Mətbuat Şurasının sədri Rəşad Məcid, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu, “Qafqazinfo.az” saytının rəhbəri Elbruz Ərud, ADA Universitetinin müəllimi Şəfəq Mehrəliyeva, Mətbuat Şurasının üzvü, "Modern Media Group”un direktoru Elşad Eyvazlı və “Global Media Group”un media direktoru Həmid Həmidov iştirak ediblər.

 

Panelistlərlə debat zamanı diaspor gənclərinin fəaliyyət istiqamətləri, xarici ölkələrdəki platformalara çıxış imkanları, Azərbaycanla bağlı həqiqətlərin çatdırılması, diaspor gənclərinin missiyası və sair mövzular ətrafında fikir mübadiləsi aparılıb.

 

Fikir müxtəlifliyi ilə müşayiət olunan qızğın diskussiyanın gedişində “diaspor gənci xaricdə necə fəaliyyət göstərməlidir, Azərbaycana hansı faydaları verməlidir, yaşadığı ölkəyə necə inteqrasiya olunmalıdır, dilimizi, milli kimliyimizi, mədəniyyətimizi, adət-ənənələrimizi necə qoruyub saxlamalıdır” və başqa suallara aydınlıq gətirilib.

 

Bu debat İctimai TV ilə Diasporla İş üzrə Dövlət Komitəsinin ortaq layihəsi olan “Vətən uzaqda deyil” proqramında yayımlanacaq.

 

1271413

1271414

1271415

1271416

1271417

12714121271418

1271419

1271420

1271422

1271423

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər