Modern.az

Diasporumuz ayağa qalxdı - BMT önündə ədalət tələb edilir (VİDEO)

Diasporumuz ayağa qalxdı - BMT önündə ədalət tələb edilir (VİDEO)

Diaspor

17 Avqust 2023, 00:09

Xəbər verdiyimiz kimi, BMT Təhlükəsizlik Şurasının Qarabağdakı vəziyyətlə əlaqədar təcili iclası keçirilir. İclas Ermənistanın tələbi ilə baş tutur.

 

Modern.az xəbər verir ki, ABŞ-dakı Azərbaycan diasporunun fəalları hazırda BMT-nin Nyu-Yorkda yerləşən mənzil-qərargahı önündə aksiya keçirirlər.

 

Dinc aksiya BMT-nin qarşısındakı "Ralph Bunche" parkında baş tutur.

 

Soydaşlarımız Ermənistanın guya Azərbaycanın Laçın yolunu bağlamaqla "humanitar böhran" yaratdığına dair iddialarına etiraz edir.

 

Aksiya iştirakçıları şüarlar səsləndirir, BMT-ni ədalətli qərar qəbul etməyə çağırır. 

 

Qeyd edək ki, ərazidə ermənilər də aksiya keçirir. Tərəflər arasında bir neçə dəfə qarşıdurma yaşanıb.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI