Modern.az

Londondakı “Qarabağ” müəlliminin mahnıları festivalda yer tutdu

Londondakı “Qarabağ” müəlliminin mahnıları festivalda yer tutdu

Diaspor

29 Avqust 2023, 10:22

Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında fəailyyət göstərən “Karabakh School UK” onlayn məktəbinin musiqi müəllimi Səadət Fərziyeva yeni uğur əldə edib.

 

Soydaşımızın bəstələdiyi “Rəngarəng dünya” və Əlifba” mahnıları bu il Britaniyada keçirilən “Golden Time Talent” beynəlxalq festivalında II yerə layiq görülüb. Səadət Fərziyeva bu mahnıları uzun illər öncə uşaqlar üçün bəstələyib.    

 

Qeyd edək ki, Səadət Fərziyeva həyat yoldaşı Rasim Fərziyevlə birlikdə “Karabakh School UK” məktəbində musiqi dərsini tədris edir. Bu dərslərdə Azərbaycan xalq və bəstəkar mahnıları, eləcə də Səadət Fərziyevanın  bəstələdiyi əsərlər öyrədilir.  

 

Xatırladaq ki, məktəb Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə fəaliyyət göstərir. Azərbaycan dili, ədəbiyyatı, tarixi, musiqi və rəsm dərslərinin tədris edildiyi məktəbdə təhsil ödənişsizdir. 

 

Mahnıları aşağıdakı videolardan dinləmək mümkündür:

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI