Modern.az

Rusiyadakı diasporumuzun gücü: Separatçılara dəstək verən spiker cəzalandırıldı

Rusiyadakı diasporumuzun gücü: Separatçılara dəstək verən spiker cəzalandırıldı

Diaspor

18 Sentyabr 2023, 11:44

Azərbaycanla Rusiya arasına strateji tərəfdaşlıqla bağlı 2022-ci ildə imzalanmış sənədin əsas tələblərindən biri ondan ibarətdir ki, hər iki ölkə öz daxilində  bir-birinə qarşı çevrilmiş separatçı addımların, cəhdlərin qarşısı almalı, heç bir ölkə öz ərazilərində müttəfiqinə qarşı separatçı addımlara rəvac verməməli, buna şərait yaratmamalıdır. Eləcə də tərəflər bir-birinin milli maraqlarına uyğun olaraq informasiya təhlükəsziliyi sahəsində əməkdaşlıq öhdəliyi götürüblər. 

 

Amma son vaxtlar Rusiyanın regional və yerli hakimiyyət orqanları ölkənin suverənliyinə qarşı təxribatçı çıxışlar edirlər. 

 

Belə ki, avqustun 7-də Yekaterinburq şəhərində qondarma “Talış-Muğan Muxtar Respublikasının yaranmasının 30 illiyi”nə həsr edilmiş tədbir keçirilib. Tədbirdə eyni zamanda Yekaterinburq şəhər dumasının spikeri İqor Volodin də iştirak edib. Dumanın sədri iştirak etməklə qalmayıb, deputatların təbrikini də tədbir iştirakçılarına çatdırıb. 

 

Fotoda: Yekaterinburq şəhər dumasının spikeri İqor Volodin

 

Azərbaycanın Rusiyadakı səfirliyi avqustun 27-də bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) etiraz notası göndərib. Etiraz notasında sözügedən tədbirin Azərbaycan Respublikasının ərazi bütövlüyünə və suverenliyinə qarşı təşkil olunduğu diqqətə çatdırılıb. 

 

Məsələ ilə əlaqədar səfir Polad Bülbüloğlu Sverdlovsk vilayətinin qubernatoru Yevgeniy Kuyvaşevə Azərbaycanın qəti etirazını əks etdirən məktub göndərib. 

 

"Rusiya tərəfinə bu kimi təxribat xarakterli tədbirin təşkilinin və burada Yekaterinburq şəhər dumasının sədri İqor Volodinin qonaq qismində iştirakının qəbuledilməz olduğu bildirilib, ölkənin hakim partiyasının təmsilçisinin bu addımının separatçılığı təşviq etdiyi, Azərbaycan-Rusiya qarşılıqlı müttəfiqlik əlaqələrinin mahiyyətinə kökündən cavab vermədiyi, habelə ikitərəfli əməkdaşlığa zərbə vurduğu diqqətə çatdırılıb", - etiraz notasında bildirilib. 

 

Həmçinin qeyd edilib ki, səfirlik Rusiya tərəfinin rəsmi cavabını gözləyir. Daha sonra Azərbaycan diasporunun səyi nəticəsində atılan addıma görə, üzr istənilib. 

 

Belə ki, Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Kuyvaşev Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş tədbirdə iştirak edən Yekaterinburq Şəhər Dumasının sədri İqor Volodinlə bağlı qalmaqalla əlaqədar Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğludan üzr istəyib.

 

İqor Volodinin Dumanın yeni çağırışında spiker olmayacağı vurğulanıb. İqor Volodinin özü də özünü günahkar hesab etmir. O, Rusiyada yaşayan istənilən millətin nümayəndələri tərəfindən dəvət olunanda həmişə olduğu kimi, dəvət aldığını və tədbirdə iştirak etdiyini iddia edir.

 

“Hadisənin nədən ibarət olduğunu başa düşmədim. Dəvət gəlir - ona cavab verirəm. Mənə qarşı hansı iddialar irəli sürülə bilər? Mən oraya gəldim, təbrik etdim və 20 dəqiqədən sonra getdim”, - o deyib.

 

Aksiyaya yerli Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski də qoşulub. O, regional hakimiyyət orqanlarına, həmçinin FSB və Daxili İşlər Nazirliyinə müraciətlər göndərib. "Hüquq-mühafizə orqanları toplaşanların əməllərinə hüquqi qiymət verməlidir. Onları qonaq edən restoran sahibi də qanuna uyğun olaraq cəzasını alacaq", - Şahin Şıxlinski deyib.

 

Son olaylardan sonra həqiqətən də Dumanın sədri vəzifəsindən uzaqlaşdırılıb. Əldə etdiyimiz məlumata görə, Yekaterinburq Yeni Dumasının spikeri Ural Federal Universitetinin sosiologiya və politologiya departamentinin 33 yaşlı direktoru Anna Qurariy olacaq.

 

Qeyd edək ki, Separatçılara dəstək verən spikerin cəzalandırılması Azərbaycan diasporunun gücünü göstərir. Yekaterinburqdakı Azərbaycan diasporu Rusiya ərazisində ən güclü diaspor təşkilatlarından biridir. Məlumata görə, regionda 50 min azərbaycanlı yaşayır. onlardan 38 mini Rusiya vətəndaşıdır, qalanları isə “daimi yaşamaq hüququna malikdir”. 2004-cü ildə şəhərdə Azərbaycan Baş Konsulluğu yaradılıb. Yekaterinburqda Azərbaycanın mədəniyyət mərkəzi, məktəbi və milli rəqs məktəbi fəaliyyət göstərir. Sverdlovsk qubernatoru Kuyvaşev beş dəfə Azərbaycana səfər edib. 

Whatsapp
Bizə yazın!
Keçid et
Rəisinin düşdüyü qəza barədə sensasion faktlar-Olaydan əvvəl...