Modern.az

Fuad Muradov Azərbaycan səfirlikləri və evlərinə qarşı təxribatlardan DANIŞDI

Fuad Muradov Azərbaycan səfirlikləri və evlərinə qarşı təxribatlardan DANIŞDI

Diaspor

27 Sentyabr 2023, 14:42

"Azərbaycanın xarici ölkələrdəki səfirliklərinə və evlərinə qarşı mütəmadi olaraq təxribatlar baş verir".

 

Modern.az-ın xəbərinə görə, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov jurnalistlərə açıqlamasında deyib.

 

Onun sözlərinə görə, bu cür qanunsuz hərəkətlər həmin ölkələrin və xalqlarının diplomatik korpuslara, nümayəndəliklərə nə qədər məsuliyyətlə yanaşmasından irəli gəlir: "Torontoda Azərbaycan Evi fəaliyyət göstərir. Bu yaxınlarda erməni diasporunun üzvləri ofisin qarşısında etiraz aksiyası keçirmək istədilər. Aksiyaya cəmi 7-8 nəfər qatıldı. Hətta Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzi, həmçinin səfirliyimizin qarşısında keçirilən aksiyalarda da eyni hal yaşandı. Polis də onları uzaqlaşdırdı. Ona görə də diaspor fəallarımızı maarifləndirməliyik. Onlar öz vətəndaş hüquqlarından istifadə edərək belə halların qəbuledilməz olduğunu hər yerdə bildirməlidirlər".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
“Erməni həmkarıma dedim, məni niyə qorxudursan? – Elmar Məmmədyarov