Modern.az

Xaricdə yaşayan azərbaycanlı alimlər Bakıya gəlir - FOTOLAR

Xaricdə yaşayan azərbaycanlı alimlər Bakıya gəlir - FOTOLAR

28 Sentyabr 2023, 14:20

Xarici ölkələrdə yaşayan azərbaycanlı alimlər oktyabrın 2-6-da Bakıda keçiriləcək 74-cü Beynəlxalq Astronavtika Konqresində iştirak edəcəklər.

 

Bu barədə Modern.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

 

Bildirilib ki, onların arasında Mərkəzi Florida Universiteti, Günəş Enerjisi Mərkəzi, Hidrogen Energetika üzrə qrup rəhbəri prof. dr. Nazim Muradov, İstanbul Ticarət Universitetinin professoru, mexanika və aerokosmik mühəndislik sahəsində tanınmış alim Abdulla Sofiyev, İstanbul Texniki Üniversitetinin Aeronavtika və kosmonavtika fakültəsinin professoru Çingiz Hacıyev, “Capella Space” şirkətinin meneceri, Florida Azərbaycan İcmasının rəhbəri Esmira Bayramova var. Onlar Diasporla İş üzrə Dövlət Komitəsinin təqdim etdiyi siyahı üzrə seçiliblər. Alimlərlə mütəmadi əlaqə yaradılıb və onların təqdim etdikləri elmi məqalələr soydaşlarımıza 74-cü Beynəlxalq Astronavtika Konqresində çıxış etmək hüququ qazandırıb.

 

Xatırladaq ki, Azərbaycan 2023-cü ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququ qazanıb. İlk dəfə ulu öndər Heydər Əliyevin rəhbərliyi dövründə - 1973-cü ildə Bakıda keçirilən Beynəlxalq Astronavtika Konqresinə 50 ildən sonra yenidən Azərbaycanın ev sahibliyi etməsi böyük rəmzi məna daşıyır.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var