Modern.az

İsrail mediası “Dünya Qafqazda sülh üçün” kampaniyasından yazıb

İsrail mediası “Dünya Qafqazda sülh üçün” kampaniyasından yazıb

Diaspor

30 Sentyabr 2023, 12:04

Azərbaycanın Qarabağda antiterror tədbirlərindən sonra Ayub Kara və Mordexay Kedar kimi tanınmış İsrail siyasətçiləri bölgədə sülhü dəstəkləmə səylərini gücləndiriblər.


Modern.az xəbər verir ki, tanınmış israilli siyasi şərhçi və jurnalist, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru Reyçel Avraham bu barədə ölkəsinin populyar “Israel National News” qəzetində dərc olunmuş məqaləsində yazıb.
 

Azərbaycanın daim bölgədə sülh və sabitlik siyasətinə sadiq qaldığını diqqətə çəkən “İsraillilər Azərbaycan-Ermənistan sülhünün əldə olunmasına kömək edə bilərmi?” sərlövhəli məqalədə bunun aşkar sübutu kimi qeyd olunub ki, Qarabağda antiterror tədbirlərinə başlamasından öncə ölkəmizin bölgədə sülh səylərini dəstəkləyən 20-dən çox ölkənin QHT və vətəndaş cəmiyyəti təmsilçiləri "Dünya Qafqazda sülh üçün" adlı beynəlxalq kampaniya başladıb. Onlar Laçın yolunun guya bağlı olması barədə yayılmış dezinformasiyaların, bu istiqamətdə aparılan qərəzli kampaniyaların sülh prosesinə zərbə vurmasından narahatlıq ifadə ediblər. Xarici fəallar “Dünya Qafqazda sülh üçün” təşəbbüsü çərçivəsində Qarabağda yaşayan erməniləri Ermənistanın və separatçıların təxribatlarına alət olmamağa dəvət ediblər.
 

Məqalədə Zimbabvenin "Gənc Səfirlər" təşkilatının sədri Abiel Mavereyə istinad edilib: “Biz həll edilməmiş münaqişə görmək istəmirik. Biz istənilən münaqişənin sülh yolu ilə, diplomatik həllinə çağırırıq. Kim bütün dünyada sülh tərəfdarıdır, digər təşkilatları da “Dünya Qafqazda sülh üçün” təşəbbüsünə qoşulmağa cəsarətləndirməlidir”.
 

Diqqətə çatdırılıb ki, Qarabağda yaşayan ermənilərə öz ölkələrinə bərabərhüquqlu vətəndaşlar kimi reinteqrasiya olunma imkanı tanındığı halda, onlar və erməni diasporunun ünsürləri qəti şəkildə bu addıma qarşı çıxırlar. İsrailli politoloq belə bir vəziyyətdə altı azərbaycanlının ermənilərin təşkil etdikləri mina partlayışlarında həlak olmasından sonra hər şeyin alt-üst olduğunu və Azərbaycanın antiterrror tədbirlərinə başlamaq məcburiyyəti qarşısında qaldığını vurğulayıb. Məqalədə uğurla başa çatan bu tədbirlərdən sonra ermənilərin tərksilah edilməyə razılıq verdiyi qeyd olunub.      
                                                                               

Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:
//www.israelnationalnews.com/news/377593

Twitter
Sizə yeni tvit var
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var